Əsas məzmuna keç

Bu gün HDQ-nin “N” hərbi hissəsinin yaradılmasından 32 il ötür

Bu gün HDQ-nin “N” hərbi hissəsinin yaradılmasından 32 il ötür

Bu gün Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsinin yaradılmasından 32 il ötür. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu gün Hərbi Qüvvələrinin "N" hərbi hissəsinin yaradılmasından 32 il ötür.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi 1992-ci il mayın 22-də yaradılıb. Hərbi hissənin formalaşmasında Hərbi Dəniz Qüvvələrinin gəmi və sahil bölmələrinin şəxsi iştirak ediblər.

Birinci müharibəsi dövründə hərbi hissənin şəxsi heyəti Laçın, Kəlbəcər, Ağdərə və Ağdam rayonlarının müdafiəsi uğrunda döyüşlərdə iştirak edib, qarşı tərəfin çoxlu sayda canlı qüvvəsini məhv edib, silah və texnikasını sıradan çıxarıb, uğurlu əməliyyatlar nəticəsində bir sıra strateji əhəmiyyətli mövqeləri düşməndən azad ediblər. Ümumilikdə şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib.

Ötən müddətdə hərbi hissənin hərbi qulluqçuları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və yüksək nailiyyətlər qazanıblar.

Bundan başqa, 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə hərbi hissənin şəxsi heyəti düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikasını məhv edib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də HDQ-nin "N" hərbi hissəsi böyük şücaət göstərib. Torpaqlarımızın düşmən tapdağından azad edilməsində qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra edib.

Ordusu tərəfindən Qarabağ bölgəsində həyata keçirilən antiterror əməliyyatı zamanı hərbi hissənin şəxsi heyəti mühüm strateji əhəmiyyətli obyeklərin mühafizə və müdafiəsini təşkil edib.

Bu gün hərbi hissə müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…