Bu gün Azərbaycanda qısa iş günüdür.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Əmək Məcəlləsinin 108-ci maddəsində öz əksini tapıb.
Bakının bəzi küçələrində qısamüddətli təmir işləri aparılacaq
Aİ qışa hazırlıq üçün Ukraynaya 40 milyon avro ayıracaq
Baş prokuror: Ümid edirik ki, Rusiya qısa zamanda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın gedişi və konkret nəticələri barədə Azərbaycana məlumat verəcək
Qanunvericiliyə görə, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
Məcəlləyə görə, işçiyə iş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqı ödənilir.
Bundan başqa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Eyni zamanda, əməkhaqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.