Əsas məzmuna keç

"Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib"

"Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib"

Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib. 2021-2024-cü illərdə qeyri-neft hər il orta hesabla 6,7 faiz artıb və onun ümumi iqtisadiyyatda payı 68 faizə yüksəlib. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin göstəricisidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirlər İlham Əliyevin Bakıda keçirilən Birinci Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, bütün bu nailiyyətlər ölkədə müasir istehsal infrastrukturunun qurulması ilə dəstəklənib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…