Bu ərazilərdə QAZ OLMAYACAQ

Bu ərazilərdə QAZ OLMAYACAQ
09.12.2024 19:38
Aa
dəq

Bakının Binəqədi və Nizami rayonlarının bəzi ərazilərinin qaz təchizatında dekabrın 10-da müvəqqəti fasilə yaranacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, S.S.Axundov küçəsi ilə Ş.Məmmədov küçəsinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması və 7-ci mikrorayon, F.Məlikov küçəsində qaz xəttinin və tənzimləyicinin, həmçinin Nizami rayonu, Çobanzadə küçəsi 61 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 10.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

"Təmir-bərpa işləri aparılan müddətdə Binəqədi rayonu üzrə S.S. Axundov küçəsinin bir hissəsinin, A. Kunanbayev və İ. Hacıyev küçələrinin, Nizami rayonu üzrə isə B.Çobanzadə küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda vurğulanıb.

Həftənin ən çox oxunanları