Operativ Məlumat Mərkəzi

BŞTİ: 46 məktəbdə operativ monitorinqlər keçirilib

1 dəq
Paylaş:
BŞTİ: 46 məktəbdə operativ monitorinqlər keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 46 ümumi təhsil müəssisəsində operativ monitorinqlər həyata keçirilib. BŞTİ-dən "Operativ Məlumat...

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 46 ümumi təhsil müəssisəsində operativ monitorinqlər həyata keçirilib.

BŞTİ-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, monitorinqlər təhsil müəssisələrində sağlamlıq, təhlükəsizlik və nizam-intizam, tədris-pedaqoji və digər sənədlərlə işin təşkili, metodiki işin təşkili, inzibati heyətin fəaliyyət istiqamətlərini əhatə edib.

Ümumilikdə 35 meyar əsasında aparılan monitorinqlərin keçirilməsində əsas məqsəd təhsilin keyfiyyətli təşkilini təmin etməkdən ibarətdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər