Operativ Məlumat Mərkəzi

BŞİH: Eldar Əzizov subasma qeydə alınan əraziyə baxış keçirib, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb - FOTO

1 dəq
Paylaş:
BŞİH: Eldar Əzizov subasma qeydə alınan əraziyə baxış keçirib, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb - FOTO
bu barədə Baki şəhər İcra Hakimiyyəti məlumat yayıb. Əraziyə Baki şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və aidiyyatı strukturların rəhbərləri...

Gecə saatlarında yağan yağışın normadan dəfələrlə artıq yağması nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov korpüsünün ərazisində subasma qeydə alınıb, bunun nəticəsində sözügedən ərazidə hərəkət tam dayandırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baki şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Əraziyə Baki şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və aidiyyatı strukturların rəhbərləri gələrək əraziyə baxış keçirib, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.

Baki şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır, şəhər ərazisində xüsusi riskli ərazilər müəyyən edilərək aramsız yağan yağışın fəsadları aradan qaldırılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər