Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) öhdəsindən layiqincə gələcək və tədbir çox yaxşı səviyyədə keçiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın Baş naziri Rişi Sunakın (Rishi Sunak) “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı məktubda yer alıb.
O vurğulayıb ki, ölkəsi COP26 təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır:
“Biz ədalətli enerji siyasətinin müəyyən edilməsinin zərurətini anlayırıq. Biz iqlim dəyişikliyinin aradan qaldırılması üçün trilyonlarla vəsait səfərbər edəcəyik”.