Əsas məzmuna keç

Britaniyanı Şimal dənizində neft hasilatını stimullaşdırmağa çağırdı

Britaniyanı Şimal dənizində neft hasilatını stimullaşdırmağa çağırdı

bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, o, bu ehtiyatları Birləşmiş Krallığın əsas sərvəti adlandırıb. "Şimal dənizi nefti  Birləşmiş...

ABŞ Prezidenti Böyük hakimiyyətini Şimal dənizində neft quyularının qazılmasına investisiya yatırmağa çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, o, bu ehtiyatları Birləşmiş Krallığın əsas sərvəti adlandırıb.

"Şimal dənizi Birləşmiş Krallıq üçün bir xəzinədir. Amma vergilər o qədər yüksəkdir ki, bu nefti hasil etmək mənasız görünür. Onlar əslində neft və hasilat şirkətlərinə ‘siz bizə lazım deyilsiniz’ demiş olurlar. Neft hasilatını stimullaşdırın. Böyük Britaniya böyük qazanc əldə edər, əhali isə daha ucuz qiymətləri ilə faydalanar”, - o qeyd edib.

Tramp bundan əvvəl Şotlandiyanın Aberdin limanını Birləşmiş Krallığın əsas neft mərkəzinə çevirməyi təklif etmişdi.

Hazırda ABŞ Prezidenti Böyük Britaniyada səfərdədir. O, 25 iyulda Şotlandiyaya beş günlük tur çərçivəsində yola düşüb və özünün Turnberri qolf kurortunda qalır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…