Böyük Britaniya hökuməti 2025-ci ilə qədər ehtiyac duyulan sursatların alınması üçün Ukraynaya 245 milyon funt-sterlinq (təxminən 311 milyon dollar) yardım paketi təqdim edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.
Açıqlamada yeni maliyyə paketinin Ukraynanın müharibə səyləri üçün kritik əhəmiyyətə malik artilleriya və sursat ehtiyatını yeniləyəcəyi bildirilib.
Hökumət həmçinin xatırladıb ki, Böyük Britaniyanın müdafiə naziri Qrant Şappsın “Ukraynanın qələbə uğrunda mübarizəni davam etdirməsi” üçün krallıq adından mümkün olan hər şeyi edəcəyinə söz verib.