Hindistanın baş naziri Narendra Modi 5 ölkədən ibarət BRİCS qrupuna üzv ölkələrin sayının artırılmasını dəstəkləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Modi bu barədə asossiasiyanın C.Afrikada keçirilən sammiti zamanı danışıb.
Onun sözlərinə görə, hazırda üzv ölkələr bu istiqamətdə danışıqları davam etdirir.
İndiyədək 20-dən çox ölkənin BRİCS-ə qoşulmaq üçün rəsmi müraciət etdiyi bildirilib.
Rusiya prezidenti Vladimir Putin zirvə görüşündə onlayn formatda iştirak edir.
Buna səbəb beynəlxalq cinayət məhkəməsinin Rusiya lideri barəsində Ukraynadakı müharibəyə görə həbs qərarı çıxarması olub.
Qeyd edək ki, BRİCS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət qrupdur.
Bu üzvlər ən tez inkişaf edən böyük ölkələr kimi səciyyələnirlər.