Operativ Məlumat Mərkəzi

BRİCS və Azərbaycan münasibətləri

2 dəq
Paylaş:
BRİCS və Azərbaycan münasibətləri
Milli məclisin sədri Sahibə Qafarova iyulun 11-12-də Sankt-Peterburqda keçirilən BRİCS Parlament Formunun plenar iclasındakı çıxışı zamanı Azərbaycanın...

Milli məclisin sədri Sahibə Qafarova iyulun 11-12-də Sankt-Peterburqda keçirilən BRİCS Parlament Formunun plenar iclasındakı çıxışı zamanı Azərbaycanın BRİCS-ə üzv olmaq istədiyini bildirib.

Bəs Azərbaycanın bu qrupa qoşulmaq istəyi nəyi göstərir və nədən xəbər verir?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan iqtisadçı ekspert Eldəniz Əmirlinin sözlərinə görə, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlara üzv olunması ölkə üçün strateji əhəmiyyət daşıyır:

“Bunun müsbət və mənfi tərəfi ola bilər. Həm Şanxay əməldaşlıq təşkilatı ilə, həm də bu təşkilata üzv ölkələri ilə Azərbaycanın iki tərəfli münasibətlərinin yüksək səviyyədə olması ölkəmizin BRİCS ilə də olan münasibətlərinin daha da dərinləşməsinə gətirib çıxarır. Düşünürəm ki, hazırkı məqamda qərbin apardığı ikili siyasət Azərbaycanı müəyyən qədər digər istiqamətlərə üzv tutmaga vadar edir”.

Ekspert deyir ki, Azərbaycanın məhz Şanxay Əməkdaşlıq Təşkilatı, eyni zaman da BRİCS ilə münasibətlərinin dərinləşməyə göstərdiyi cəhd Qərb tərəfini Azərbaycana münasibətdə daha diqqətli olmağa vadar edir. Bu baxımdan da o, Azərbaycanın hazırki məqamda tuttuğu xətti doğru hesab edir.

Qeyd edək ki, BRİCS 5 sürətlə inkişaf edən ölkənin üzv olduğu bir qrupdur.

Mədinə Useynova

İqtisadiyyat manatın dövretmə sürətinə təsir edir” – Eldəniz Əmirov | Banco.az

Bu xəbəri paylaş

Oxşar xəbərlər