Braziliya Daxili İşlər Nazirliyinə məxsus təyyarənin Minas Gerais əyalətinin inzibati mərkəzi Belu Orizonti şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində iki polis əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" Sinxua agentliyinə istinadla xəbər verir ki, qəza təyyarənin Pampulha hava limanından havaya qalxan zaman baş verib.
Ölkənin hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmanın başladığını, uçuş təhlükəsizliyi və aviasiya qəzaları üzrə ixtisaslaşmış mütəxəssislərin təhqiqata cəlb ediləcəyini bildiriblər.
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva hadisədən təəssüf hissi keçirdiyini bildirib və həlak olanların ailələrinə başsağlığı verib.