Operativ Məlumat Mərkəzi

Braziliyada sərnişin təyyarəsi qəzaya uğrayıb, 62 nəfər ölüb - YENİLƏNİB

1 dəq
Paylaş:
Braziliyada sərnişin təyyarəsi qəzaya uğrayıb, 62 nəfər ölüb - YENİLƏNİB

Vinhedo bölgəsinin rəsmiləri Braziliyada baş verən təyyarə qəzasında heç kimin sağ qalmadığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təyyarə 58 sərnişin və 4 ekipaj üzvü ilə Kaskaveldən havaya qalxıb Quarulyos istiqamətində hərəkət edib.

Təyyarə, Vinhedo şəhərinin yaşayış massivlərindən birinin üzərinə yerə çırpılıb. Hadisə zamanı yerdə xəsarət alan olmayıb.

Qəzanın səbəbi hələ ki, məlum deyil.

***

Braziliyada içərisində 68 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.

Məlumata görə, təyyarə qəzası Vinhedo bölgəsində baş verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər