Operativ Məlumat Mərkəzi

Braziliyada daşqın nəticəsində 11 nəfər həlak olub

1 dəq
Paylaş:
Braziliyada daşqın nəticəsində 11 nəfər həlak olub
təbii fəlakət nəticəsində daha 3 nəfər itkin düşüb. Hazırda həmin şəxslərin axtarışları davam edir. Həftəsonu müşahidə olunan leysanla səbəbindən şəhər...

Braziliyanın Rio-de-Janeyro şəhərində torpaq sürüşməsi və daşqınlara səbəb olan qasırğa nəticəsində 11 nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində daha 3 nəfər itkin düşüb.

Hazırda həmin şəxslərin axtarışları davam edir.

Həftəsonu müşahidə olunan leysanla səbəbindən şəhər meri Eduardo Paes fövqəladə vəziyyət elan edib. Vəziyyətlə əlaqədar yüzlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. Bəzi bölgələrə düşən yağıntı miqdarının hətta aylıq normanı ötdüyü bildirilib.

Əlverişsiz hava Rio de Janeyroda ictimai nəqliyyatın hərəkətinə də mənfi təsir göstərib.

Bəzi bölgələrdə yollar və metro xətləri su altında qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər