Operativ Məlumat Mərkəzi

Braziliyada baş verən dəhşətli daşqınlar Argentina və Uruqvaya təsir edib

2 dəq
Paylaş:
Braziliyada baş verən dəhşətli daşqınlar Argentina və Uruqvaya təsir edib
Rio-Qrande-du-Sul əyalətində şiddətli yağışların səbəb olduğu daşqınlar səbəbilə həmsərhəd Argentinanın Konkordiya şəhərində 560-dan çox insan təxliyə...

Braziliyada baş verən dəhşətli daşqınlar qonşu Argentina və Uruqvaya da öz təsirini göstərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Rio-Qrande-du-Sul əyalətində şiddətli yağışların səbəb olduğu daşqınlar səbəbilə həmsərhəd Argentinanın Konkordiya şəhərində 560-dan çox insan təxliyə edilib.

Paytaxt Buenos Ayresdən 430 km şimalda yerləşən şəhərdə bəzi küçələr sular altında qalıb.

Sakinlər səyahət etmək üçün kanoelərdən istifadə edib.

Qeyd edək ki, Braziliyanın Argentina və Uruqvayla sərhədyanı rayonlarında baş verən təbii fəlakət nəticəsində 136 nəfər həlak olub, ümumilikdə 362 nəfər xəsarət alıb, 125 nəfərin axtarışları davam edir.

Yağışlar və qasırğa 1,17 milyondan çox insana zərər vurub. Ştatın inzibati mərkəzi Portu-Aleqridə və paytaxt regionunda vəziyyət kritik həddədir. Region əhalisinin təxminən 85 faizi içməli sudan məhrum olub.

400 mindən çox insan elektrikdən məhrum qalıb, 70 mindən çox braziliyalı idman zallarına, məktəblərə və digər müvəqqəti sığınacaqlara sığınıb.

Braziliyanın cənub rayonları ötən həftənin əvvəlindən bəri güclü yağışların təsiri altındadır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər