“Braqa”nın müdafiəçisi: “Qarabağ”ı məğlub edəcəyimizə inanırıq

“Braqa”nın müdafiəçisi: “Qarabağ”ı məğlub edəcəyimizə inanırıq
19.02.2024 18:24
Aa
dəq

“Növbəti oyunlarda özünəinamı qaytarmaq baxımından bu qələbə çox vacib idi”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri "Braqa"nın futbolçusu Joze Fonte Portuqaliya çempionatının XXII turunda "Farense" klubuna 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

41 yaşlı müdafiəçi bu matçda qazanılan qalibiyyətin gələcək oyunlar üçün stimul olduğunu bildirib: “İstəyimiz son zamanlar əldə olunan uğursuz nəticələrdən sonra azarkeşləri sevindirmək idi. Əlbəttə, heç kim məğlub olmaq istəmir. Bütün oyunlarda qələbə qazanmaq da mümkün deyil”.

UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri cavab görüşünə də toxunan təcrübəli oyunçu əlavə edib: “Növbəti mərhələyə vəsiqə qazanmaq üçün qarşımızda çətin vəzifə var. Ancaq “Qarabağ”ı məğlub edəcəyimizə və mərhələ adlayacağımıza inanırıq. Bütün diqqətimizi bu oyuna yönəltmişik”.

Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu