"Borussiya"nın yarımmüdafiəçisi Yulian Brandt başqa Almaniya klubuna keçə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Verder Bremen" yarımmüdafiəçi ilə maraqlanır.
Brandtin transferi yay transfer pəncərəsində baş tuta bilər
Julian 2019-cu ildən "Borussiya"da çıxış edir. Tərəflər arasında müqavilənin müddəti 2026-cı ilin yayında başa çatır.
Bu mövsüm yarımmüdafiəçi "Bamblebees"in heyətində 26 matçda iştirak edib. Yarımmüdafiəçi 3 qol vurub, 6 məhsuldar ötürmə edib.