Avropanın enerji şirkətləri Ukraynadakı ehtiyatlarından qaz nəql etmək səylərini sürətləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Financial Times" məlumat verib.
Ukraynadakı qaz anbarları Avropa İttifaqına enerji böhranından çıxmağa kömək edir.
Analitiklər hesab edirlər ki, Ukraynadan yanacağın vurulması enerji şirkətlərinə və treyderlərə Aİ-dəki anbarlardan az miqdarda yanacaq istifadə etməyə kömək edir, beləliklə, qazın qiymətlərini nəzarətdə saxlayır və gələn qış üçün ehtiyatları artırır.
Bildirilir ki, Aİ-nin anbarlarındakı qaz ehtiyatları dekabrın sonunda demək olar ki, 90% səviyyəsində qalıb və bu göstərici ötən ilin orta göstəricilərindən xeyli yüksəkdir.
Rystad Energy-nin baş analitiki Nikolin Bromander qeyd edib ki, məhz Ukrayna anbarlarından qazın vurulması bu ehtiyat səviyyəsini saxlamağa kömək edib.