"Dost Türkiyə xalqı və hökuməti bu çətin zamanda Bolqarıstanın dəstəyinə arxalana bilər”.
“Operativ Məlumat Mərkəzi - OMM ”in xəbərinə görə, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyindən bildirilib.
Rəsmi Sofiya Türkiyə xalqına və hökumətinə başsağlığı verib.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Son məlumatlara görə, nəticədə 76 nəfər ölüb, 440 nəfər yaralanıb.