Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask güclü zəlzələnin yaratdığı dağıntıların aradan qaldırılması üçün Türkiyəyə yardım təklif edib.
“Operativ Məlumat Mərkəzi - OMM ” xəbər verir ki, o, Türkiyə hökumətinin razılığı ilə özünün “SpaceX” şirkətinin “Starlink” peyklərini Türkiyəyə göndərməyə hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Son məlumatlara görə, nəticədə 76 nəfər ölüb, 440 nəfər yaralanıb.