Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır
13.09.2024 15:39
Aa
dəq

Sentyabrın 8-də Ermənistanın müdafiə naziri Suren Papikyan Cənubi Koreyaya işgüzar səfərə gedib. Bundan əvvəl, sentyabrın 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Seula səfər edərək bir sıra görüşlər keçirib. Rəsmi məlumata görə, səfər çərçivəsində sentyabrın 9-da Papikyan "Hərbi sahədə məsul süni intellekt" sammitinin açılış mərasimində iştirak edib. Bundan əlavə, Papikyan sentyabrın 10-da nazirlərin işçi naharında və müzakirələrdə iştirak edib. Masa arxasında Koreya Respublikasının müdafiə və xarici işlər nazirləri, Sinqapur və Finlandiyanın müdafiə nazirləri, eləcə də sahə üzrə ekspertlər əyləşiblər. Nahar zamanı ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, beynəlxalq və regional təhlükəsizliyə çağırışlarla bağlı məsələlər müzakirə olunub.

Seulda danışıqlar aparılıb, daha sonra Cənubi Koreya silahlarının Ermənistana tədarükü ilə bağlı razılıq əldə olunub. Xüsusilə, tankların alınması imkanları nəzərdən keçirilib. Söhbət K1 və K2 “Qara Pantera” tankından, digər silah növlərindən gedir. Qeyd edək ki, K2 "Qara Pantera" Cənubi Koreya ordusunun Müdafiə İnkişafı Agentliyi və "Hyundai Rotem" ("Hyundai Motors"un bölməsi) tərəfindən hazırlanmış əsas döyüş tankıdır. Ermənistanın göz dikdiyi ölkələr sırasına Yaponiya da əlavə oluna bilər. Qeyd edək ki, Azərbaycanın Cənubi Koreya və Yaponiya ilə güclü ikitərəfli əlaqələri var, o cümlədən iqtisadi sahədə.

Министр обороны Армении посетил Китай

Ümimiyyətlə Cənubi Koreya və Yaponiya niyə Ermənistana kömək edir? Burada əsas səbəb ABŞ-dir? Niyə Ermənistana və Gürcüstana bu ölkələr viza güzəştləri tətbiq edir, amma Azərbaycana yox? Səbəb bu ölkələrin Qərbə olan meyilliliyidirmi?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən millət vəkili Arzu Nağıyevin sözlərinə görə, bu məsələlərdə Ermənistandan vasitəçi kimi istifadə edirlər:

“Əsas məqam odur ki, bu gün Ermənistan KTMT-in üzvü olaraq mütləq şəkildə bu təşkilatdan tam imtina etməlidir. Sonra isə hanısa NATO blokuna qoşulub, silah alveri üçün əlaqə yaratmalıdır. Burada əsas məqam Rusiyaya qarşı yönəlmiş addımlardır. Digər tərəfdən də bu, Cənubi Qafqazda nüfuzlarını genişləndirmək üçün NATO-nun oynadığı oyundur. Rusiya da buna adkevat cavab verməlidir. Məlumdur ki, onlar Ukrayna vasitəsi ilə istədiklərinə nail ola bilmədilər”.

Millət vəkili deyir ki, Gürcüstan və Azərbaycan onların diktəsi ilə heç bir problemi həll etmək istəmir. Əslində bu situasiyada İran da öz sözünü deməlidir. Çünki regiona NATO silahları gəlir və İran susur. Azərbaycanın həm Yaponiya, həm Cənubi Koreya, həm ABŞ, həm də digər NATO dövlətləri ilə münasibəti yüksək səviyyəlidir. İstər enerji, istər iqtisadi, istər siyasi, istərsə də hərbi məsələlərin həllində bu dövlətlər ilə çox ciddi əlaqələrimiz və müqavilələrimiz var. Buna baxmayaraq, vasitəçi kimi Ermənistanı seçərək müəyyən məsələləri həll etməyə çalışırlar.

“Azərbaycan bu gedişatın hər birinə hazırdır. Dünya da başa düşməlidir ki, öz müstəqil daxili və xarici siyasətini həyata keçirən Azərbaycan bütün bu fəsadlara mütləq şəkildə cavab vermək imkanındadır. Regionda nə qədər ki, bu problemlər yaşanırsa, bu, gələcəkdə alovlanacaq ocaqları söndürməyə imkan verməyəcək. Ermənistan da onu başa düşür ki, nə Yaponiya, nə də Cənubi Koreyadan bu qədər silah almaq iqtidarında deyil. Mütləq şəkildə bunun üçün ciddi maliyyə dəstəyi lazımdır. Tənəzzülə uğramış iqtisadiyyatını bərpa etməkdənsə, silah almağı daha üstün tuturlar. Bunların hamısı Azərbaycanın suverənliyini, ərazi bütövlüyünü təhlükəyə atmayacaq. Çünki Azərbaycanın Ermənistana lazımi cavab verməyi üçün kifayət qədər silahı və potensialı var. Nə Yaponiya, nə də Cənubi Koreya Azərbaycana qarşı öz mövqeyini dəyişən deyil. Bu, sadəcə NATO-nun, daha doğrusu Qərbin diqtəsi ilə atılan addımlardır”.

Digər müsahibimiz hərbi-siyasi ekspert Ədalət Verdiyev isə deyir ki, Ermənistanın Cənubi Koreya və ya Yaponiya ilə hərbi sahədə əməkdaşlıq etməsi hər iki ölkənin daxili işidir, lakin bu proseslərə qarşı Azərbaycanın həmin ölkələrdəki səfirlikləri öz etiraz səsini qaldırmalıdır.

Папикян в Республике Корея принял участие в саммите «Ответственный  искусственный интеллект в военной сфере»

“Səfirlik nümayəndələri işğalçı ölkənin törətdiyi soyqırımı faəliyyətlərini Cənubi Koreya və Yaponiya rəhbərliklərinə bir daha çatdırmalıdır. Silahlanmaq məsələsinə gəldikdə, Cənubi Koreyanın K1 və K2 tanklarını Ermənistana verməsi bu yaxınlarda baş tutmayacaq. İlk növbədə bunun üçün Ermənistanda infrastruktur mövcud deyil, eyni zamanda bu tankların servis ilə bağlı məsələlər kifayət qədər qəliz məsələdir. Nəzər salsaq görərik ki, Ermənistan ərazisində Rusiya tanklarından başqa heç bir ölkənin tankı yoxdur”.

Ekspert bildirir ki, bu tip səfərlər daha çox Ermənistandakı daxili auditoriyanı sakitləşdirmək üçün planlaşdırılır. Digər tərəfdən isə Ermənistan hakimiyyəti etdiyi səfərlər ilə qərbdən, xüsüsilə ABŞ və Fransadan daha çox maliyyə vəsaiti əldə etməyə çalışır. Eyni zamanda, Ermənistanda vaxtı ilə silahlanmaya erməni diasporası böyük dəstək verib. Ona görə də, əlavə vəsaitlər əldə etmək üçün yeni danışıqların aparılması və müqavilələrin imzalanması kifayət qədər karlı amil kimi təqdim olunur. Ermənistan tərəfi illərlə bu məsələləri müzakirə edir, amma silahların verilməsi kifayət qədər zaman tələb edir. Bəzi silahları 10 ildən tez almaq ümumiyyətlə mümkün olmur. Xüsusilə Ukrayna-Rusiya, İsrail-HƏMAS qarşıdurması fonunda silah bazarında kifayət qədər qıtlıq yaranıb. Ermənistanın əsas məqsədi daxili auditoriyada “Ermənistan itirdiyi silahların yerini doldurmağa çalışır” fikrini formalaşdırmaqdır.

“Yaponiya və Cənubi Koreya ABŞ ilə fəaliyyətlərini sinxronlaşdıran ölkədir. ABŞ-nin Ermənistana verdiyi dəstək Yaponiya və Cənubi Koreyanın da belə etməsi üçün siqnal rolunu oynayır. Güzəştli viza rejminin tətbiq olunması məsələsinə gəldikdə isə Qarabağdan çıxan ermənilərin 30 faizi artıq Ermənistanda yaşamır. Hətta onlar güzəştli viza rejmi tətbiq olunmadan əvvəl ölkəni tərk ediblər. Viza rejmini tətbiq etdikdən sonra isə faiz nisbəti 2 dəfə artacaq. Azərbaycanın da qərb ölkələri, xüsusilə Avropa İttifaqının 10 ölkəsi ilə bizim strateji tərəfdaşlıq haqqında müqaviləmiz var. Həmin ölkələr ilə də ehtiyac yaransa, viza güzəştləri tətbiq edilə bilər”.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Ə.Verdiyev deyir ki, Qərb Azərbaycana qarşı Ermənistanı silahlandırsa belə, biz Fransanın qarşısında bir addım geri çəkilmirik. Ermənistanın silahlanması regionda yeni təhlükələr və təhdidlər yaradır. Son günlərdə atəşkəsin intensiv şəkildə pozulması, ABŞ-Ermənistan birgə təlimləri, Ermənistanın Azərbaycan sərhədləri boyunca Qərbi Zəngəzur istiqamətində yeni hərbi hissələr yaratması Ermənistan tərəfinin yeni eskalasiyaya hazırlaşmasından xəbər verir. Amma heç kim düşünməsin ki, bu hadisələr bizi nədənsə çəkindirir. Biz istənilən ssenarilərə hazırıq. Ermənistanın silahlanması barədə bizim səsləndirdiyimiz bəyanatlar Paşinyan və onun havadarları olan ölkələrə xəbərdarlıq məqsədi daşıyır.

Mədinə Useynova

Həftənin ən çox oxunanları

27 sentyabr şanlı vətən tarixinin başlanğıcıdır - RƏY

27 sentyabr şanlı vətən tarixinin başlanğıcıdır - RƏY
DAVAMIN OXU davamın oxu

44 günə yumruq kimi birləşib düşmənin başını əzdik - AÇIQLAMA

44 günə yumruq kimi birləşib düşmənin başını əzdik - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Bu zəfər regionda bütün reallığı bizim xeyrimizə dəyişdi - RƏY

Bu zəfər regionda bütün reallığı bizim xeyrimizə dəyişdi - RƏY
DAVAMIN OXU davamın oxu

Azərbaycan var olduqca şəhid və qazilərimizə borclu olacağıq

Azərbaycan var olduqca şəhid və qazilərimizə borclu olacağıq
DAVAMIN OXU davamın oxu

Üçtərəfli görüşün nəticələri nə vəd edir? - RƏY

Üçtərəfli görüşün nəticələri nə vəd edir? - RƏY
DAVAMIN OXU davamın oxu