İran Qızıl Aypara Cəmiyyətinin rəsmisi səhər saatlarında ölkənin müxtəlif bölgələrinə təşkil edilən hücumlarla bağlı son vəziyyəti açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" "Mehr" xəbər agentliyinə istinadən xəbər verir ki, rəsmi ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumlarda 20-dən çox şəhərin hədəf alındığını bildirib.
Onun sözlərinə görə, hazırda bütün xilasetmə qrupları və texniki avadanlıqlar hadisə yerlərinə cəlb olunub:
Qızıl Aypara briqadaları tam heyətlə sahədə fəaliyyət göstərir. Zərərçəkmiş ərazilərdə axtarış-xilasetmə işləri davam edir. Vətəndaşlara təhlükəsizlik məqsədilə vurulan nöqtələrə yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.
Hazırda bölgələrdəki dağıntıların miqyası və itkilər barədə dəqiqləşdirmələr aparılır.