Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

BMT TŞ Belqorod şəhəri ilə bağlı növbədənkənar iclas keçirəcək

2 dəq
Paylaş:
BMT TŞ Belqorod şəhəri ilə bağlı növbədənkənar iclas keçirəcək

Silahlı Qüvvələrinin şəhərini atəşə tutması ilə bağlı BMT Şurasının iclasının keçirilməsini istəyib və Çexiyanın təşkilatdakı daimi nümayəndəsinin orada olmasını tələb edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

“Biz bu gün, dekabrın 30-da Nyu-York vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə saat 31 dekabr, 00:00) Təhlükəsizlik Şurasının Belqorod üzrə iclasının keçirilməsini istəmişik. Biz həmçinin Çexiyanın daimi nümayəndəsinin iştirakını tələb etdik, qoy o, ölkəsinin mülki insanların ölümünə səbəb olan sursatları tədarük etməsinə görə cavab versin”, - o, “Teleqram” kanalında yazıb.

Son məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Belqorodda atəşə tutulması ilə bağlı Rusiyanın tələb etdiyi BMT Təhlükəsizlik Şurasının (TŞ) iclası dekabrın 31-də Moskva vaxtı ilə saat 00:00-da (Bakı vaxtı ilə 1 yanvar, saat 01:00) baş tutacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax