Filippo Qrandi verdiyi yazılı açıqlamada hələ qarşıdurma başlamamışdan əvvəl Sudanda 3,7 milyon məcburi köçkünə dəstək üçün böyük humanitar yardıma ehtiyac olduğunu xatırladıb, “Hələlik statistika olmasa da, humanitar yardıma ehtiyacı olanların sayı sürətlə artır" ifadəsini işlətdi.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, münaqişədən sonra ən az 20 min sudanlının Çada qaçdığını bildirən Qrandi bu ölkənin hazırda 600 min qaçqına ev sahibliyi etdiyini qeyd edib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Misir hökuməti ilə beynəlxalq müdafiəyə ehtiyacı olan insanların düzgün qəbulu və emalı ilə bağlı müzakirələr apardığını qeyd edən Qrandi, qonşu Sudan ölkələrini təhlükəsizlik ehtiyacı olan insanlar üçün sərhədlərini açıq saxlamağa çağırıb.
Qrandi, Sudanda davam edən silahlı qarşıdurmalara görə on minlərlə insanın evlərini tərk etməsindən çox narahat olduğunu ifadə edərək, BMT QAK-ın Sudandan insanları qəbul edən hökumətlərə dəstəyini artırdığını vurğulayıb.
Aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə yarımhərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (HDK) arasında silahlı toqquşmalar baş verib.
“HDK-nın orduda tam iştirakını” nəzərdə tutan hərbi təhlükəsizlik islahatı ilə bağlı ordu ilə HDK arasında yaranan fikir ayrılığı son bir neçə ayda qızğın qarşıdurmaya çevrilmişdi.
Sudan Səhiyyə Nazirliyi ordu ilə HDK arasında aprelin 15-də başlayan qarşıdurmalarda 512 nəfərin öldüyünü, 4193 nəfərin yaralandığını bildirib.