BMT-nin Yəmən humanitar koordinatoru David Gresley Twitter hesabından verdiyi açıqlamada, "Safer" tankerində sızmanın qarşısını almaq üçün üzv dövlətlərə, özəl sektora və 97 milyon dollarlıq yardım edən insanlara təşəkkür edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Biz dağılmanın qarşısını almağa həmişəkindən daha yaxınıq, lakin "Safer" tankerini xilas etmək üçün bizə daha 32 milyon dollar lazımdır"- Gresley açıqlamasında deyib.