Əsas məzmuna keç

BMT: Qəzzada dinc sakinlər üçün təhlükəsiz yer qalmayıb

BMT: Qəzzada dinc sakinlər üçün təhlükəsiz yer qalmayıb

BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iki fələstinli mülki şəxsin öldürüldüyü və cəsədlərinin qumda basdırıldığı görüntüləri gördüklərini edən Dujarrik, "Əlbəttə, görüntüləri təsdiq edə bilmərik, amma şokedici bir hadisədir", - deyib.

Görüntülərin BMT-nin əvvəldən ifadə etdiyi “Qəzzada mülki insanlar üçün təhlükəsiz yer qalmadı” fikrini dəstəklədiyini vurğulayan Dujarrik, hadisənin hərtərəfli araşdırılması lazım olduğunu qeyd edib.

Əl-Cəzirə kanalında yayımlanan görüntülərdə İsrail əsgərlərinin Qəzza zolağının şimalında evlərinə qayıtmağa çalışan iki fələstinlini atəş açaraq öldürdüyü görünür.

Xəbərdə İsrail əsgərlərinin 2 fələstinlini buldozerlərlə sürüyərək cəsədlərini quma basdırdığı bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…