"İsrailin Qəzza zolağının şimalında keçirdiyi quru əməliyyatı təxminən 300 min məcburi köçkünə humanitar yardımın çatdırılmasına mane olur".
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Yardım Koordinasiya Ofisinin (OCHA) "X" hesabındakı açıqlamasında qeyd olunub.
Açıqlamada həmçinin, Qəzza zolağında xərçəng xəstələrinin müalicə aldığı yeganə xəstəxananın xidmətdən çıxmasından sonra 70 xərçəng xəstəsinin ölüm təhlükəsi ilə üzləşdiyi vurğulanıb.