ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu sülh danışıqları üçün gözləyir.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Bakıya səfərindən sonra bildirib.
“Mən Bakıda müsbət və konstruktiv görüşlər keçirdim. Prezident Əliyevə dedim ki, Birləşmiş Ştatlar Mərkəzi Bankın sədrinin və energetika nazirinin səfərlərini alqışlayır, dövlət katibi Blinken isə gözləyir ki, xarici işlər nazirləri Bayramov və Mirzoyan tezliklə sülh danışıqları üçün Vaşinqtonda qəbul olunacaqlar”.