Blinken: ABŞ tərəflərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir

Blinken: ABŞ tərəflərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir
23.09.2023 15:13
Aa
dəq

ABŞ Qarabağdakı hadisələr fonunda tərəflərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin Azərbaycanın Qarabağdakı ərazi bütövlüyünü bərpa etmək hüququnu tanıyıb-tanınmaması ilə bağlı sualı cavablandırarkən deyib.

Dövlət katibinin sözlərinə görə, söhbət suverenlik, ərazi bütövlüyü, müstəqillikdən gedirsə, bu məsələlərdə maraqlı olan hər bir tərəfi ABŞ dəstəkləyir.

Blinken vurğulayıb ki, ABŞ son 24 saat ərzində rəsmi baş tutmuş müzakirələrdə iştirak edən rəsmi Bakı və Qarabağdakı etnik ermənilərin nümayəndələri də daxil olmaqla, bu məsələlərdə maraqlı olan bütün tərəflərlə sıx əlaqə saxlayır.

Onun sözlərinə görə, ABŞ-ın istəyi dialoqlara, danışıqlara və məsələlərin diplomatik yolla həllinə qayıtmaqdır.

ABŞ dövlət katibi həmçinin bu həftə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlamaq fürsətinin olduğunu qeyd edib.

“Regionda sülhə nail olmaq həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verən bir məsələdir. Azərbaycan Prezidenti və Ermənistan Baş naziri hər ikisi bu məsələnin həlli üçün səy göstərib və sülhün təmin olunması Avropa İttifaqı ilə birlikdə ABŞ tərəfindən dəstəklənir”, - AB, dövlət katibi əlavə edib.

Blinken onu da əlavə edib ki, ABŞ-ın da dəstəklədiyi davamlı sülh hər iki ölkəyə, regiona böyük fayda verəcək.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu