Operativ Məlumat Mərkəzi

"Biz bu zülm qarşısında səssiz qala bilmərik" - Türkiyə XİN başçısı

1 dəq
Paylaş:
"Biz bu zülm qarşısında səssiz qala bilmərik" - Türkiyə XİN başçısı

"İsrail beynəlxalq hüququ pozur, biz bu zülm qarşısında səssiz qala bilmərik".

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen ilə birgə mətbuat konfransında danışıb.

"Biz onların insanları bir-birinə qarşı qızışdırmasına tamaşa etməməliyik. Danimarkada bu nifrət cinayətinin qarşısını almaq və günahkarları cəzalandırmaq üçün qanunvericilik təşəbbüsü başlayıb. Bu qanun layihəsi müqəddəs kitablara hücumlara görə cərimə və 2 ilə qədər həbs nəzərdə tutur. Məsləhətləşmə prosesi başa çatan bu qanun layihəsinin bu gün Danimarka parlamentinə göndərildiyini öyrənmək bizi çox sevindirdi",- deyə XİN başçısı qeyd edib

Bu xəbəri paylaş

Oxşar xəbərlər