Bir sıra ölkələrin aviaşirkətləri İsrailə reysləri ləğv edib

Bir sıra ölkələrin aviaşirkətləri İsrailə reysləri ləğv edib
27.03.2023 17:21
Aa
dəq

Bir sıra ölkələrin aviaşirkətləri İsrailə reysləri ləğv edib.

"Operativ Məlumat Mərkəzi-OMM"  Ynet portalına istinadən xəbər verir ki, İsraildəki daxili xaosla bağlı olaraq ölkənin əsas hava limanı olan Ben Qurion hava limanının işi iflic olub.

İsrailə uçuşlarının bir hissəsini ləğv edən aviaşirkətlər arasında məşhur “Air Canada”, “Turkish Airlines”, “Finnair”, “Wizz Air”, “Etihad” və “Emirates” də var.

Xatırladaq ki, İsraildə məhkəmə islahatlarına qarşı etiraz aksiyaları başlayıb. Martın 26-da İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müdafiə naziri Yoav Qalantı istefaya göndərib. Bu qərarın elan olunmasından sonra İsraildə kortəbii etirazlar keçirilir.

Y.Qalant işdən çıxarılmazdan bir gün öncə hakim koalisiyanın irəli sürdüyü və müxalifətin kütləvi etirazına səbəb olan məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olduğunu açıq şəkildə bəyan edib. Bundan sonra B.Netanyahu müdafiə nazirini istefaya göndərib.

Hökumət əleyhdarlarının fikrincə, Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması və hakimlərin seçiminə icra hakimiyyətinə nəzarətin verilməsini nəzərdə tutan islahat İsrail dövlətçiliyinin demokratik əsaslarını sarsıdacaq. B.Netanyahu israr edirdi ki, bu islahat hakimiyyətin bütün qollarının səlahiyyətlərini balanslaşdıracaq və ölkənin siyasi sistemini daha demokratik edəcək.

Martın 27-də B.Netanyahu məhkəmə islahatlarının dayandırılacağını açıqlayıb. Baş nazir bunu Nazirlər Kabinetinə daxil olan partiyaların parlament fraksiyalarının rəhbərləri ilə görüşdən sonra bildirib.

B.Netanyahunun rəsmi açıqlaması Bakı vaxtı ilə saat 11:00-a planlaşdırılsa da, hələ də baş tutmayıb.

Son məlumata görə, nümayişçilər İsrail parlamentinin binasına daxil olublar.

Qeyd edək ki, daha əvvəl İsrailin Təl-Əviv şəhərində yerləşən Ben-Qurion beynəlxalq hava limanından xarici uçuşlar dayandırılmışdı.

Həftənin ən çox oxunanları

“Lufthansa” Təl-Əviv və İrana uçuşların dayandırılmasını sentyabrın 24-dək uzadıb

“Lufthansa” Təl-Əviv və İrana uçuşların dayandırılmasını sentyabrın 24-dək uzadıb
DAVAMIN OXU davamın oxu

Avropa İttifaqı Ukraynanın Aİ-yə daxil olmasının vaxtını açıqlayıb

Avropa İttifaqı Ukraynanın Aİ-yə daxil olmasının vaxtını açıqlayıb
DAVAMIN OXU davamın oxu

İndoneziyada 5,6 bal maqnitudalı zəlzələ olub

İndoneziyada 5,6 bal maqnitudalı zəlzələ olub
DAVAMIN OXU davamın oxu

Rusiya F-16-nı araşdırarkən ABŞ NATO-ya təhlükə barədə xəbərdarlıq edib

Rusiya F-16-nı araşdırarkən ABŞ NATO-ya təhlükə barədə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

ABŞ İsrailin Livana hücum etməsindən ehtiyat edir

ABŞ İsrailin Livana hücum etməsindən ehtiyat edir
DAVAMIN OXU davamın oxu