Əsas məzmuna keç

Binədə sənədləri olmayan torpaqları sataraq 154 min manat ziyan vuran şəxslər saxlanılıb

Binədə sənədləri olmayan torpaqları sataraq 154 min manat ziyan vuran şəxslər saxlanılıb

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Binə qəsəbəsində müvafiq sənədləri olmayan torpaq sahələrinin satışını həyata keçirən, eləcə də tikintiyə...

Binə qəsəbəsində sənədləri olmayan torpaqları vətəndaşlara edənlər saxlanılıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Xəzər Rayon İdarəsinin əməkdaşları Binə qəsəbəsində müvafiq sənədləri olmayan torpaq sahələrinin satışını həyata keçirən, eləcə də tikintiyə razılıq alacaqları vədi ilə insanların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törədən 46 yaşlı Zaman və 48 yaşlı Bərxudar Səmədov saxlanılıblar.

Bu şəxslər qabaqcadan əlbir olaraq sənədləri olmayan torpaqları müxtəlif şəxslərə sataraq ümumulikdə zərərçəkənlərə 154 800 manat məbləğində maddi ziyan vurublar.

Faktla bağlı başlanılıb, Z.Babayev və B.Səmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onların qanununsuz əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…