Əsas məzmuna keç

Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA - 26.07.2024

Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA - 26.07.2024

İyulun 26-sı saat 9:00-a olan məlumata görə Azərbaycanın bəzi bölgələrində qeyri-sabit davam edib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar xarakterli intensiv olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Qəbələdə 27 mm, Lerik, Astarada 22 mm, Oğuzda 17 mm, Kürdəmir, Şahdağda 15 mm, Qubada 11, Qrız, Yardımlıda 10 mm, Göyçayda 9 mm, Lənkəranda 8 mm, Zərdab, Tərtər, Şəki, Qax, Qobustan, Qusar, Şamaxı, Biləsuvar, Naftalan, İsmayıllı, Altıağac, Şabran, Mingəçevir, Beyləqan, , , Gədəbəy, Göygöl, Gəncə, Bərdə, Goranboy, Ağdam, Balakən, Xaltan, Yevlax, İmişli, Neftçalada 5 mm-dək, Bakıda və yarımadasında isə 1 mm-dək olub.

Şahdağ, Qrız, Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Şəki, Qaxda duman müşahidə olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 35, Aran rayonlarında 33, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…