Əsas məzmuna keç

Yağıntılı hava şəraiti noyabrın 10-dək fasilələrlə davam edəcək - YENİLƏNİB

Yağıntılı hava şəraiti noyabrın 10-dək fasilələrlə davam edəcək - YENİLƏNİB

Hazırda Bakıda və yarımadasında, Lənkəran, Astara, Şamaxı, Qobustan, Hacıqabul, Neftçalada arabir yağış yağır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yağıntılı hava şəraitinin noyabrın 10-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, MR-da 12°, Aran rayonlarında 14 isti, rayonlarda isə 3° şaxtadan 2°-dək istidir.

***

Saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda əsasən yağmursuz keçib, lakin əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında və bəzi şərq rayonlarında axşam saatlarından başlayaraq arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, düşən yağıntının miqdarı Bakıda 13 mm, Neftçalada 8 mm, Lerikdə 3 mm, Astarada 1 mm olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11 dərəcəyədək, Naxçıvan MR-da 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, Aran rayonlarında 9 dərəcəyədək, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta qeydə alınıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…