Bəzi telekanallarda “Reklam haqqında" qanunun tələbləri pozulub

Bəzi telekanallarda “Reklam haqqında" qanunun tələbləri pozulub
11.09.2023 14:47
Aa
dəq

11 sentyabr 2023-cü il tarixdə Azərbaycan Audiovizual Şurasının növbəti iclası keçirilib. İclasda 2 məsələ müzakirə olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Şuradan bildirilib.

Qeyd edilib ki, ilk olaraq universal platforma operatoru lisenziyasının alınması üçün "Gammanet" MMC-dən Audiovizual Şuraya daxil olmuş müraciətə baxılıb, iddiaçının təqdim etdiyi sənədlər müzakirə olunub. Müzakirələrdən sonra "Gammanet" MMC-yə (xidmətin adı: "Gammanet TV" olmaqla) universal platforma operatoru lisenziyasının verilməsi barədə müvafiq qərar qəbul edilib.

Daha sonra "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə fəaliyyətinə dair Tədbirlər Planı"na uyğun olaraq hər iki orqan tərəfindən reklam yayımları ilə bağlı həyata keçirilən monitorinqlərin nəticələri müzakirə olunub. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Audiovizual Şurasına ünvanlanmış müraciətlərə əsasən həyata keçirilmiş təkrar monitorinq nəticəsində 2023-cü ilin iyun ayı ərzində əksər ümumölkə yerüstü televiziya kanallarının efirində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun bir sıra tələblərinin mütəmadi olaraq pozulması halları təsbit olunub.

Belə ki, həmin ay ərzində "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin tələbinin (İstehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir) pozulması "ARB", "Xəzər TV", "CBC Sport TV" kanallarında, 33.1-ci maddəsinin tələbinin (Maliyyə, bank, sığorta, investisiya xidmətlərinin, qiymətli kağızların raklamında bu xidmətləri təklif edən şəxsin hüquqi adı, hüquqi ünvanı, fiziki şəxslərin adı, soyadı, atasının adı, ünvanı, əlaqə vasitələri, qiymətli kağızın emitenti qeyd olunmalıdır) pozulması "ATV", "ARB", "Space TV", "Xəzər TV", "İTV", "CBC Sport TV" kanallarında, 33.4-cü maddəsinin tələblərinin (İstehlak kreditinə dair reklamda kreditin hər hansı xərci ilə bağlı zəruri məlumatların – həmin Qanunun 33.4.1-33.4.5-ci bəndlərdəki məlumatların verilməsi ilə bağlı tələblər) pozulması "ATV", "ARB", "Space TV", "Xəzər TV", "Real TV", "İTV", "CBC Sport TV" kanallarında müşahidə edilib.

İclas zamanı, həmçinin iyul və avqust ayları üzrə monitorinqlərin də ilkin müzakirəsi aparılıb. Məlum olub ki, həmin aylarda da iyun ayında baş verən pozuntular az intensivliklə təkrarlanıb.

Aparılan müzakirələrdən sonra Azərbaycan Audiovizual Şurası yayımçılara yeni televiziya mövsümündə belə halların təkrarlanacağı təqdirdə inzibati sanksiyaların tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.

Həftənin ən çox oxunanları

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı artıb

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı artıb
DAVAMIN OXU davamın oxu

Aİ ölkələrində Rusiya KİV-lərinin fəaliyyəti qadağan edilib

Aİ ölkələrində Rusiya KİV-lərinin fəaliyyəti qadağan edilib
DAVAMIN OXU davamın oxu

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib
DAVAMIN OXU davamın oxu

MEDİA çap mediası subyektləri üçün müsabiqə elan edib

MEDİA çap mediası subyektləri üçün müsabiqə elan edib
DAVAMIN OXU davamın oxu

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
DAVAMIN OXU davamın oxu