Əsas məzmuna keç

Beynəlxalq mətbuat Prezidentin Media Forumda çıxışına geniş yer verib

Beynəlxalq mətbuat Prezidentin Media Forumda çıxışına geniş yer verib

Çinin dövlət informasiya agentliyi “Sinxua” daxil olmaqla aparıcı media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 19-da Xankəndidə Çinlə...

Beynəlxalq mətbuat III Qlobal Forumunu geniş şəkildə işıqlandırmağa davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Çinin dövlət informasiya agentliyi “Sinxua” daxil olmaqla aparıcı media orqanları İlham Əliyevin iyulun 19-da Xankəndidə Çinlə yüksək səviyyədə strateji əməkdaşlıqdan danışmasına diqqət çəkib.

Bununla yanaşı, və Yaponiya mətbuatında Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı Azərbaycanın Rusiyaya qarşı beynəlxalq məhkəmədə iddia qaldırmağı planlaşdırması məsələsi də xüsusi işıqlandırılıb.

“Hindustan Times” (Hindistanın ingilisdilli gündəlik qəzeti), “Vietnam+” (Vyetnamın rəsmi dövlət xəbər agentliyi olan Vyetnam Xəbər Agentliyinin ingilisdilli xidməti”, “La Radio del Sur” (Venesuelanın paytaxtı Karakasda yerləşən beynəlxalq radio şəbəkəsi) kimi mətbu orqanlar da, öz növbəsində, ötən ilin dekabrında AZAL təyyarəsinin vurulması ilə əlaqədar Prezidentinin beynəlxalq məhkəməyə dosyenin hazırlanması fikirlərinə xüsusi yer ayırıb.

Birləşmiş Ərəb Əmirliklərinin rəsmi xəbər agentliyi olan “WAM” (Wakalat Anba'a al Emarat) isə III Şuşa Qlobal Media Forumunun mövzu və mahiyyətinə diqqət çəkərək bu tədbirin dünyanın 52 ölkəsindən nüfuzlu jurnalistləri bir araya topladığını vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…