Əsas məzmuna keç

Beynəlxalq axtarışda olan 3 şəxsin ölkəmizə ekstradisiyası təmin edilib

Beynəlxalq axtarışda olan 3 şəxsin ölkəmizə ekstradisiyası təmin edilib

bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan vətəndaşları Ədilov Tural Cəlil oğlu, Səfərov Məmmədbağır Qarsalan...

Beynəlxalq axtarışda olan üç nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, vətəndaşları Ədilov oğlu, Səfərov Məmmədbağır Qarsalan oğlu və Ağayev Oqtay Sabir oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Ədilov Tural Cəlil oğlunun xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini, Səfərov Məmmədbağır Qarsalan oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə , saxlama və ya satmanı təşkil etmə cinayətini, Ağayev Oqtay Sabir oğlunun isə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə cinayətini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…