Əsas məzmuna keç

Türkiyə azərbaycanlı cinayətkarı ölkəyə ekstradisiya edir

Türkiyə azərbaycanlı cinayətkarı ölkəyə ekstradisiya edir

Narkotik qaçaqmalçılığı ilə bağlı beynəlxalq axtarışda olan Səbutər Babayev Bakıya gətirilir. Baş Prokurorluğun tələbi ilə saxlanılan şəxsi hansı aqibət gözləyir?

en ru

Ağır cinayətlərdə ittiham olunan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "Ekstradisiya haqqında Avropa Konvensiyası"nın tələblərinə uyğun olaraq, vətəndaşı Səbutər Adil oğlunun ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyənin səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan ibtidai istintaq zamanı Səbutər Babayevin mütəşəkkil dəstə tərkibində külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, habelə güclü təsir edən maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gizli keçirilməsində iştirak etməsi, bundan başqa, onun həmin maddələri satış məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və satmasına əsaslı şübhələr müəyyən olunub.

Bu səbəbdən barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib, lakin istintaqdan yayınaraq gizləndiyinə görə o, beynəlxalq axtarışa verilib. Keçirilmiş tədbirlər nəticəsində Səbutər Babayev ərazisində saxlanılıb.

Hazırda təqsirləndirilən şəxsin Azərbaycana gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər görülür.

Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycana gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən Interpol ilə sıx əməkdaşlığı davam etdirir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…