Operativ Məlumat Mərkəzi

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü Suqovuşanda minaya düşüb

1 dəq
Paylaş:
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü Suqovuşanda minaya düşüb

2023-cü il 26 aprel tarixində Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, aprelin 26-sı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Xəzər Babaşov xəsarət alıb.

Qeyd edilib ki, piyada əleyhinə minanın partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb. Xəsarət alan şəxs Bərdə rayon xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər