Operativ Məlumat Mərkəzi

"Beşiktaş" - "Neftçi" oyununun başlama saatı dəyişdirilməyib - YENİLƏNİB

2 dəq
Paylaş:
"Beşiktaş" - "Neftçi" oyununun başlama saatı dəyişdirilməyib -  YENİLƏNİB
bunu "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bildirib. O, əslində görüşün əvvəldən saat 22:00-a təyin olunduğunu, UEFA-nın səhvə yol...

Konfrans Liqasının 3-cü təsnifat mərhələsində bu gün keçiriləcək "Beşiktaş" - "Neftçi" oyununun saatı dəyişdirilməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bildirib. O, əslində görüşün əvvəldən saat 22:00-a təyin olunduğunu, UEFA-nın səhvə yol verərək oyunun vaxtını 21:00 qeyd etdiyini bildirib:

"Əslində saat dəyişdirilməyib. "Beşiktaş"dan da bildirilib ki, görüş saat 22:00-dadır (Bakı vaxtı ilə). Sadəcə olaraq UEFA-nın səhvi olub, saytlarında 21:00 (Bakı vaxtı ilə) göstərilib. Elə dünən "Beşiktaş" nümayəndələri bizim yanımızda UEFA-ya zəng etməyə çalışırdılar ki, səhv düzəldilsin. "Beşiktaş" azarkeşləri ilə bağlı da problem yaranmayacaq. Çünki "Beşiktaş" azarkeşləri əvvəlcədən matçın düzgün saatını bilirdilər".

09:48***

"Neftçi"nin Türkiyədə "Beşiktaş"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun başlama saatı dəyişdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə 21:00-da yox, 22:00-da start götürəcək.

Bunun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, "Neftçi Arena"dakı ilk matçda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə məğlub olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər