Əsas məzmuna keç

“Beşiktaş”ın 3 futbolçusu “Neftçi” ilə oyunu buraxa bilər

“Beşiktaş”ın 3 futbolçusu “Neftçi” ilə oyunu buraxa bilər

Türkiyənin “” klubunun üç futbolçusu UEFA Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək ilk oyunu buraxa bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İstanbul nəhənginin Günəş yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, hücumçu Cenk Tosun və əlcəzairli yarımmüdafiəçi Raşid Qezzal növbəti həftənin əvvəlindən məşqlərə başlayacaqlar. Onların Bakıdakı matçda oynayıb-oynamayacaqları hazırlıq durumlarından asılı olacaq.

Həmçinin, II raund çərçivəsində “Tirana” (Albaniya) ilə ötən gün keçirilən cavab görüşündə zədələnərək əvəzlənən yarımmüdafiəçi Necip Uysalın durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…