Operativ Məlumat Mərkəzi

Bərdədə silahlı insident olub, yaralanan var

1 dəq
Paylaş:
Bərdədə silahlı insident olub, yaralanan var
Bərdədə silahlı insident olub, yaralanan var. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, 1978-ci...

Bərdədə silahlı insident olub, yaralanan var.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, 1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zəminində yaranan mübahisə nəticəsində öz qonşusu 1993-cü il təvəllüdlü Elşad Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirib.

E.Məmmədov xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

R.Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər