Əsas məzmuna keç

Bərdədə 8 kq narkotik ələ keçirildi

Bərdədə 8 kq narkotik ələ keçirildi

Polis əməkdaşlarının keçirdiyi əməliyyatla rayon ərazisində külli miqdarda qadağan olunmuş maddə ələ keçirildi. Saxlanılan şəxs və hadisənin şok təfərrüatları burada.

ru en

Bərdədə 8 kiloqramdan artıq aşkarlanıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bərdə Rayon Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mansur Məmmədov və Amil Musayev saxlanılıblar. Baxış zamanı onlardan 4 340 qram həşiş, 3 kiloqram 250 qram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Həmin şəxslər ifadələrində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri Bərdə rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiklərini bildiriblər.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Bərdədə polis əməkdaşlarının ilin əvvəlindən həyata keçirdikləri tədbirlərlə 21 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…