Əsas məzmuna keç

Bakıda 70 kq narkotik ələ keçirildi

Bakıda 70 kq narkotik ələ keçirildi

Daxili İşlər Nazirliyinin əməliyyatı nəticəsində paytaxtda külli miqdarda qadağan olunmuş vasitə aşkarlanıb. Saxlanılan şəxslər və təfərrüatlar yazıda.

en ru

Bakının Nəsimi rayonunda 70 kiloqram qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə paytaxt ərazisində narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Ədalət Qədimovdan 22 kiloqram 210 marixuana, 44 yaşlı Elvin Əhmədovdan 29 kiloqram 770 qram marixuana, 39 yaşlı Günel Tağıyeva və tanışı, 45 yaşlı Aydın Qurbanovdan isə 18 kiloqram 615 qram marixuana aşkarlanıb.

Son əməliyyatlar nəticəsində ümumilikdə 70 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara çatdıraraq qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…