Rusiyanın Belqorod şəhərinin atəşə tutulması nəticəsində 29 nəfər yaralanıb, 1 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib.
“İlkin məlumata görə, 28 böyük və 1 uşaq bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb”, – region başçısı açıqlayıb.
Qubernatorun sözlərinə görə, ölən şəxs isə qadındır, o, hadisə yerində keçinib.
Qladkov qeyd edib ki, olayda 22 çoxmərtəbəli evdə 49 mənzilə və 4 ticari obyektə ziyan dəyib.
***
Rusiyanın Belqorod şəhərinin atəşə tutulması nəticəsində azı bir nəfər ölüb, 14 nəfər yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.
“Belqorod güclü atəşə məruz qalıb – azı bir nəfər həlak olub, 14 nəfər yaralanıb. Bir neçə avtomobil yanıb”, – məlumatda nəql edilib.
Qeyd olunub ki, mərmilərdən biri bina girişinə tuş gəlib.