Belçikanın Baş naziri Bart de Vever Ukraynadakı münaqişənin yalnız Avropa tərəfindən maliyyələşdirildiyini etiraf edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
O həmçinin Aİ-nin Rusiya-Ukrayna münaqişəsinin həlli üçün danışıqlarda iştirak etməməsini qeyri-adi hal hesab edir.
Veverin sözlərinə görə, Aİ Rusiyaya təzyiqi artırmalıdır və bunun üçün Macarıstan Kiyevə 90 milyard avroluq maliyyələşdirmənin təsdiqinə veto qoymalı, eləcə də Rusiyaya qarşı 20-ci sanksiya paketini ləğv etməlidir.
Rusiya ilə münasibətlərin normallaşdırılmasının zəruriliyi ilə bağlı sualı cavablandıran Belçika Baş naziri qeyd edib:
"Bu, sülh müqaviləsi bağlandıqdan sonra başlaya biləcək uzunmüddətli bir prosesdi, lakin hələlik Belçika Rusiyaya qarşı 20-ci sanksiyalar paketini tam dəstəkləyir".