Belçikanın Şarlerua Beynəlxalq Hava Limanı təhlükəsizlik işçilərinin tətili səbəbindən bütün xarici reysləri ləğv edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə hava limanı məlumat yayıb.
Mətbuat xidməti oktyabrın 22-də uçuş reyslərinin “mühafizə şirkətinin əməkdaşlarının hərəkəti və təhlükəsizliyi təmin etmək üçün kadr çatışmazlığı səbəbindən” ləğv edildiyini bildirib.
Təhlükəsizlik şirkətinin əməkdaşları sabah Brüsseldə iş şəraitinin yaxşılaşdırılması çağırışı ilə etiraz aksiyası keçirəcəklər.