“Qərbi Ukrayna NATO-ya üzv olmaq adı altında Ukraynandan qoparılacaq”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə deyib.
Onun sözlərinə görə, Qərbi Ukraynanı qoparıb Polşaya birləşdirmək istəyirlər:
“Bu, polyakların Rusiya Federasiyasının qoşunlarına qarşı əməliyyatda fəal iştirakına görə ödənişdir”.
Lukaşenko bildirib ki, amerikalılar bu planı dəstəkləyir: “Minsk və Moskva üçün Qərbi Ukraynanın ayrılması qəbuledilməzdir. Əgər Qərbi Ukrayna əhalisinin dəstəyə ehtiyacı varsa, o zaman təbii ki, biz bunu dəstəkləyəcəyik”.