Operativ Məlumat Mərkəzi

Belarus NATO ilə praqmatik dialoqu davam etdirməyə hazır olduğunu açıqlayıb

2 dəq
Paylaş:
Belarus NATO ilə praqmatik dialoqu davam etdirməyə hazır olduğunu açıqlayıb
bu barədə beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi - Belarus müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq üzrə müavini general-mayor Valeri Revenko...

Belarus Vyana Sənədi çərçivəsində Şimali Atlantika Alyansına üzv dövlətlərlə praqmatik dialoqu davam etdirməyə ümid edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi - Belarus müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq üzrə müavini general-mayor Valeri Revenko bildirib.

Onun sözlərinə görə, sənəd çərçivəsində dialoqun bərpası silahlı qüvvələrin, o cümlədən sərhədyanı ərazilərdə fəaliyyəti ilə bağlı bir sıra aktual məsələlərin həllinə kömək edəcək.

“Ümid edirik ki, Vyana Sənədinin imkanlarının obyektiv qiymətləndirilməsi, regional etimad və təhlükəsizlik tədbirləri həm Belarus Respublikası ilə həmsərhəd olan dövlətlərə və digər ölkələrə yeganə düzgün qərar qəbul etməyə və praqmatik dialoqa qayıtmağa imkan verəcək”,- deyə o, bildirib.

General-mayorun sözlərinə görə, Belarus istər bütövlükdə, istərsə də sərhədyanı ərazilərdə silahlı qüvvələrin fəaliyyəti ilə hər hansı şəkildə bağlı olan bir çox aktual məsələlərin öz həllini tapacağına əmindir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər