Əsas məzmuna keç

BƏƏ-də Qarabağ atlarının çıxışı olub - FOTO

BƏƏ-də Qarabağ atlarının çıxışı olub - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 54-cü ildönümünə həsr olunmuş təntənəli mərasimdə təmsilçilərinin təqdimatı olub.

Dövlət Xidmətinin Mətbuat Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, BƏƏ-nin rəsmi dəvəti ilə mərasimdə DSX süvarilər dəstəsi də iştirak edib: "Milli qrupu və orkestrin birgə çıxışı Azərbaycan mədəni irsinin zənginliyini və xalqımızın qədim ənənələrini bütün dünyaya nümayiş etdirib. atlarının nəcib duruşu, rəqs qrupunun ahəngdar kompozisiyaları və orkestrin canlı ifası tədbirin atmosferinə unudulmaz rəng qatıb. Təntənəli mərasimdə Azərbaycan heyətinin nümayişi böyük maraqla qarşılanmış və tamaşaçılar tərəfindən gurultulu alqışlarla müşayiət olunub. Xüsusilə diqqət çəkən məqamlardan biri — Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın da tədbirdə şəxsi iştirakı olub. Onun çıxışı izləməsi, Azərbaycan mədəniyyətinə göstərdiyi hörmət və sərgilənən proqramı yüksək qiymətləndirməsi bu anı daha da əlamətdar edib. Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, rəqs qrupu və orkestrin birgə çıxışı tədbirin ən yaddaqalan hissələrindən birinə çevrilib.

Abu-Dabidəki bu möhtəşəm çıxış ölkəmizin dünyaya açılan mədəniyyət pəncərəsi olmuş və Qarabağ atlarının, musiqimizin və rəqs sənətimizin beynəlxalq nüfuzuna yeni bir səhifə əlavə edib".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…